ABŞ-da koronavirusun 21 140 yeni halı aşkar edildi
ABŞ-da koronavirusun 21 140 yeni halı aşkar edildi

Amerika Birləşmiş Ştatlarında son 24 saat ərzində koronavirusun 21 140 yeni halı aşkar edildi. 1 036 insan vəfat etdi. Müvafiq göstəriciləri “CNN” teleşirkəti Con Hopkins adına Universitetə istinad edərək yayır.

ABŞ-da virusun yayılmasından bu günə qədər koronavirusun cəmi 1 872 660 halı qeydə alınıb. Qurbanların sayı isə, 108 211-i təşkil edir.

ABŞ dünyada virusa yoluxanların və ölüm halları ilə birinci yerdədir.