ABŞ-da koronavirusun 189 099 yeni halı aşkar edildi, 1 509 pasiyent vəfat etdi
ABŞ-da koronavirusun 189 099 yeni halı aşkar edildi, 1 509 pasiyent vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 189 099 halı qeydə alındı.

Məlumatı “Reuters” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 1 509 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 17 844 690 halı qeydə alınıb, 317 668 insan vəfat edib.