ABŞ-da koronavirusun 116 716 yeni halı aşkar edildi, 917 pasiyent vəfat etdi
ABŞ-da koronavirusun 116 716 yeni halı aşkar edildi, 917 pasiyent vəfat etdi

Artıq on ikinci gündür ki, Amerika Birləşmiş Ştatlarında hər gün koronavirisun yüz mindən artıq halı aşkar edilir. Son bir gün ərzində ölkədə koronavirusun 116 716 yeni halı aşkar edildi, 917 pasiyent vəfat etdi. Məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun on milyondan artıq halı qeydə alınıb, 245 min insan vəfat edib.