ABŞ-da koronavirusdan daha bir insan vəfat etdi
ABŞ-da koronavirusdan daha bir insan vəfat etdi

Amerika Birləşmiş Ştatlarında koronavirusdan ikinci insan həlak oldu. Məlumatı “Reuters” agentliyi yayır.

Həmçinin virusun ilk yoluxma halı Nyu Yorkda qeydə alındı. Yoluxan 30 yaşlı qadındır. O, az öncə İranda olmuşdur.

ABŞ-ın Səhiyyə Nazirliyi nümayəndələrinin məlumatına görə, qadının sağlamlıq durumu sabitdir. Qadında virusun yüngül forması qeydə alınır.