Dİ naziri - həddi büluğa çatmayanların qətli işi üzrə 150 insan dindirildi, lakin əməkdaşlıq arzusunu az insan bildirdi
Dİ naziri - həddi büluğa çatmayanların qətli işi üzrə 150 insan dindirildi, lakin əməkdaşlıq arzusunu az insan bildirdi

Daxili işlər naziri Giorgi Qaxariya, Xorava küçəsində baş verən qətl işi üzrə şərh edir.

Qaxariyanın qeyd etdiyinə görə, bu işin detalları ən qısa vaxtda araşdırılacaqdır.

Nazirin dediyinə görə, insidentdə iştirak edən hər bir insan sərt cəzalandırılacaqdır.

“Bu gün ictimaiyyətin diqqəti, Tbilisidə baş verən faciəyəyə cəlb olunubdur. Hər bir tərəfin və idarənin birgə mövqemiz var – istintaq  sürətlə və ədalətli keçirilməlidir.

Biz maksimal olaraq qısa müddətdə ciddi nəticələrə nail olacağıq.

Dekabrın birində Xorava kücəsində, 51 saylı məktəbdə 11-ci sinif şagirdləri toplaşdılar. Bu münaqişəyə birinci eksperimental məktəbin şagirdləri də qoşuldular.

2001-ci il doğumlu şagird həlak oldu. Həmçinin qeyd etmək istəyirəm ki, faktı törədən müəyyənləşdirlib və intintaq davam etdirilir.

İkinci ittiham olunan eyniləşdirilibdir və onun yaxalanması üçün axtarış tədbirləri aparaılır. Qeyd etmək istəyirəm ki, 150 insan, valideynlər, həddi büluğa çatmayanlar dindirildilər – əməkdaşlıq arzusunu az insan bildirdi və bu ciddi problemdir.

Çox yaxşı başa düşürük ki, bi istiqamətlə ciddi addımlar atmalıyıq.

Bu işin detalları ən qısa vaxtda araşdırılacaqdır. İştirak edən hər kəs sərt cəzalandırılacaqdır.

Bu işlə əlaqəsi olanların statusunun dəyişdirlməsi mümkündür”, – nazir bəyan etdi.