3-4 apreldə David Zalkaliani Vaşinqtona səfər edəcək
3-4 apreldə David Zalkaliani Vaşinqtona səfər edəcək

3-4 apreldə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Vaşinqtona səfər edəcək. Orada NATO-nun təsis edilməsinin 70 illiyinə həsr olunmuş xairici işlər ministerialına paralel olaraq planlaşdırılmış tədbirlərdə iştirak edəcək.

Gürcüstan Xarici İşlər naziri „NATO Engages: The Alliance at 70 Years“ tədbirində nitqlə çıxış edəcək.

Zalkalini həmçinin NATO-nun üzv ölkələri xairici işlər nazirləri ilə, iki ikitərəfli görüşlər keçirəcək.

Vaşinqtona səfər çərçivəsində nazir ABŞ-ın qanunvericilik və icraedici hakimiyyətinin nümayəndələri ilə görüşəcək.