2018-2019-cu tədris illərində 10 minə qədər müəllimin maaşı artırılacaq
2018-2019-cu tədris illərində 10 minə qədər müəllimin maaşı artırılacaq

2018-2019-cu tədris illərində 10 000-ə qədər müəllimin maaşı artırılacaq, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bu gün İğalto Monastr Kompleksində təhsil islahatları baxışlarını təqdim edərkən bəyan etdi.

“Maaş siyasətinə yenidən baxılacaq. İlk mərhələdə, 2018-2019-cu tədris illərində artırılmış maaşı 10 000-ə qədər müəllim alacaq. 2022-ci il üçün isə, məqsədmizdir ki, maaşlar üçqat edilsin”, -Baxtadze bəyan etdi.

Onun dediyinə görə, müasir məktəbdə mütləq təhlükəsiz və sağlam mühit oacaq.

“Yeni məktəbin direktori lider olmalıdır ki, məktəbi idarənin yeni metodu ilə etsin. Məktəbdə təhsilin yeni metodologiyası tədbiq olunacaq. Məktəbin infrastrukturu yeniləşdirilməlidir və yeni məqsədlərə cavab verməlidir”, – Mamuka Baxtadze bəyan etdi.