16 yaşına qədər sosiyal cəhəddən müdafiyəsiz uşaqlar 5-dəfə artmış yardım alacaqar
16 yaşına qədər sosiyal cəhəddən müdafiyəsiz uşaqlar 5-dəfə artmış yardım alacaqar

16 yaşına qədər sosiyal cəhəddən müdafiyəsiz uşaqların sosiyal yardımı 5 dəfə artacaq və çox uşaqlı ailələr 10 larilik yardım əvəzinə 50 larilik sosiyal yardım alacaqlar.

Bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümət iclasından öncə keçirdiyi brifinqdə verdi.

Hökümət başçısının dediyinə görə, qeyd olunan təşəbbüs 140 000-ə qədər uşağa aiddir.

Baş nazirin dediyinə görə, təəsüf ki, bugün ölkədə, hökümətin yardımına ehtiyacı olan uşaqların sayı çoxdur və onlara xüsusi diqqət yetiriləcək.

Mamuka Baxtadze bəyan etdi ki, bu istiqamətdə çalışma fəal şəkildə davam edəcək və o əlindən gələni edəcək ki, qeyd olunan uşaqların eyni səviyyədə layiqli inkişafı üçün gərəkən şəraitlər yaradılsın.