İstintaq Xidməti külli miqdarda saxta pul satmaq faktı üzrə bir nəfəri saxlayıblar
İstintaq Xidməti külli miqdarda saxta pul satmaq faktı üzrə bir nəfəri saxlayıblar

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda saxta pul satmaq faktı üzrə bir nəfəri saxlayıblar.

İstintaq İdarəsinin məlumatına görə, istintaq təqsirləndirilən şəxsin qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə 5000 ABŞ dolları, 50 ədəd saxta 100 dollarlıq əskinas hazırladığını müəyyən edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 7 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə istintaq aparılır.