Əfqanıstanda intiharçı-terrorçunun partlayışı nəticəsində üç insan həlak oldu
Əfqanıstanda intiharçı-terrorçunun partlayışı nəticəsində üç insan həlak oldu

Əfqanıstanın Qəndəhar vilayətində “Talibanın” intiharçı-terrorçusunun terror aktı nəticəsində üç insan həlak oldu, 18 nəfər xəsarət aldı.

Əfqanıstan təhlükəsizlik qüvvələri mərmili yük avtomobilinə atəş açdılar, lakin intiharçı-terrorçu partlayıcı qurğunu hər halda işə sala bildi.

İnsident polis binaları yaxınlığında baş verdi. Hər üç vəfat edən Əfqanıstan təhlükəsizlik qüvvələrində xidmət edirdi.

Baş verənlər üzrə məsuliyyəti üzərinə “Taliban” götürdü.