Zviad Pxakadze bəyan edir ki, Zaza Saralidzedən təhdid mesajları alırdı
Xorava küçəsində baş verən qətl işinin prokuroru Zviad Pxakadze bəyan edir ki, müvəqqəti istintaq komisiyasının üzvlərinə açıqlama verdiyi zaman, onun mobil telefonuna Zaza Saralidzedən təhdid mesajları gəldi.
“Dünən komisiyaya izahat verdiyim zaman, telefonuma Zaza Saralidzedən təhdid mesajları gəldi, hansılar ki, bilavasitə mənim prokurorluq fəaliyyətim ilə bağlı idi. Qeyd olunan faktla bağlı müvafiq şəxslərə müraciət etdim və buna gərəkən reaksiya veriləcək” – dedi Zviad Pxakadze.
Onun dediyinə görə, gərəkdiyi halda, mesajları komisiya üzvlərinə də göstərəcək.
Xatırladaq ki, dünən və bugün prokuror Zviad Pxakadze və müstəntiq Kaxa Siradze müvəqqəti istintaq komisiyasının iclasında, komisiya üzvlərinin suallarına cavab verirlər.