Zurab Abaşidze - Ümid edirik ki, Rusiyanın viza mərkəzinin açılması viza və konsul xidmətlərinin keyfiyyətini artıracaq
Zurab Abaşidze - Ümid edirik ki, Rusiyanın viza mərkəzinin açılması viza və konsul xidmətlərinin keyfiyyətini artıracaq

Rusiya ilə münasibətlər məsələləri üzrə Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ümid edir ki, Gürcüstanda Rusiyanın viza mərkəzinin açılması viza və konsul xidmətlərinin keyfiyyətini artıracaq.

Bu barədə bəyanatı Abaşidze Birinci Kanal ilə söhbət zamanı verdi.

“Bu məsələ ilə bağlı bütün detalları bilmirəm. Ümumiyyətlə isə, deyə bilərəm ki, bununla bağlı həqiqətən çətinliklər var idi. İsveçrə səfirliyində mövcud olan Rusiya seksiyasını nəzərdə tuturam, hansını xidməti kifayət deyildi. Ümid edirəm ki, yeni açılan viza mərkəzi mövcud olan problemlərin həllinə yardım edəcək və konsul xidmətlərinin keyfiyyəti artacaq” – dedi Zurab Abaşidze.

Xatırladaq ki, Gürcüstanda Rusiyanın viza mərkəzi açıldı.

Mərkəz Besiki küçəsi №4-də yerləşən biznes mərkəzində olacaq.