Zurab Abaşidze - Ümid edirəm ki, başqa bir ölkənin propaqandist ritorikasına qoşulmayacağıq
Zurab Abaşidze - Ümid edirəm ki, başqa bir ölkənin propaqandist ritorikasına qoşulmayacağıq

Yüklərin gömrük monitorinqi mövzusu ilə bağlı sabah Cenevrədə gürcü-rus-isveç birgə komisiyasının ilk işgüzar görüşü keçiriləcək.

Gürcü tərəfindən görüşdə gəlirlər xidmətinin, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.

Rus medya vasitələrində yayılan məlumata görə, 2011-ci ilin razılaşmasına əsasən, işğal altında olan ərazilərdən yüklərin tranziti başlayacaq.

Qeyd olunan məsələyə Rusiya ilə əlaqələr üzrə baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze şərh verdi.

“Ümid edirəm ki, başqa bir ölkənin propaqandist ritorikasına qoşulmayacağıq və nəticələri gözləyəcəyik. Gürcü tərəfi 2011-ci ili razılaşmasına müvafiq şəkildə, ancaq Gürcüstanın ərazi bütövlüyü və suverenliyiin prinsiplərini nəzərə alaraq, hərəkət edəcək” – dedi Abaşidze Birinci kanal ilə söhbət zamanı.

İşğal altında olan əraziləri keçərək, yük nəqliyyatı məsələsi ilə bağlı rus medyasında yayılan məlumata gəlincə isə, Abaşidze bəyan etdi ki, 2011-ci ilin razılaşması avtomatik dəhlizin açılmasını nəzərdə tutur.

Gürcüstan-Rusiya arasında yüklərin  gömrük monitorinqini 2011-ci ildə imzalanan razılaşma nəzərdə tutur.

Monitorinqin keçirilməsini İsveçrənin “Es-Ci-Es” (SGS) şirkəti nəzərdə tutur.