Zuqdidinin keçmiş merini və vitse-merini xüsusilə böyük miqdarda rüşvətin alınması faktında yaxaladılar
Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qrup şəklində, xüsusilə böyük miqdarda rüşvətin alınması faktında, məhkəmə qərarı əsasında, Zuqdidinin keçmiş meri, Laşa Qoqiya və keçmiş vitse-meri, Giya Qulordavanı yaxaladılar.
DTX-nin məlumatına görə, istintaq müəyyən etdi ki, 2018-ci ilin birinci hissəsində, Laşa Qoqiya və Giya Qulordava, vəzifədə olduqları dövrdə xüsusilə böyük miqdarda – 21 500 ABŞ dolarını götürdülər.
İstintaq qrup şəklində, xüsusilə böyük miqdarda rüşvətin alınması faktı üzrə, GCM-nin 338-ci maddəsinin ikinci hissəsinin “q” bəndi və üçüncü hissəsinin “e” bəndi ilə aparılır.
İstintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi aparır.