Zuqdididə yoxlanılan 352 şəxdən koronavirus heç bir nəfərdə təsdiq olunmadı
Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirus üzrə 352 nümunəni yoxladılar. Cavabın biri müsbət çıxdı.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Sameqrelo-Zemo Svaneti bölməsinin məlumatına görə, yoxlanılanlar qızdırma mərkəzinin 21 pasiyenti, 82 tibb personalı, DİN-in 82 əməkdaşı, ictimai nəqliyyatın 31 nümayəndəsi, epid-partlayış ocağında olan 58 vətəndaş və Poti gömrüyünün 19 əməkdaşı idi.
Həmçinin Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında Mestiya karantin məkanlarından 18, Anakliya karantin məkanından 7 və izolasiyada olan 34 şəxsi yoxladılar.