Zuqdididə yoxlanılan 352 şəxdən koronavirus heç bir nəfərdə təsdiq olunmadı
Zuqdididə yoxlanılan 352 şəxdən koronavirus heç bir nəfərdə təsdiq olunmadı

Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirus üzrə 352 nümunəni yoxladılar. Cavabın biri müsbət çıxdı.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Sameqrelo-Zemo Svaneti bölməsinin məlumatına görə, yoxlanılanlar qızdırma mərkəzinin 21 pasiyenti, 82 tibb personalı, DİN-in 82 əməkdaşı, ictimai nəqliyyatın 31 nümayəndəsi, epid-partlayış ocağında olan 58 vətəndaş  və Poti gömrüyünün 19 əməkdaşı idi.

Həmçinin Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında Mestiya karantin məkanlarından 18, Anakliya karantin məkanından 7 və izolasiyada olan 34 şəxsi yoxladılar.