Zəlzələ zamanı havaya qalxan evlər Yaponiyada daha da populyarlaşır [Video]
Müasir texnologiyalarla yaranmış ev, hansı ki, zəlzələ zamanı göyə qalxır, Yaponiyada daha da populyar olur.
“Ear Danşin Sistems” şirkəti tərəfindən yaradılan ev zəlzələ zamanı bir neçə santimetr ilə göyə qalxır və zəlzələ dayanana qədər havada qalır.
Fundamentə yerləşdirilən sensorlar seysmik aktivliyi hiss edirlər və hava kompressorlarına siqnal verirlər, sonra isə, hava yastıqları dolur və ev havaya qalxır.
Bu texnologiya 10 bundan əvvəl yaradılmışdı, ancaq 2011-ci ilin böyük zəlzələsindən sonra diqqət obyektinə çevrildi.
Hazırda Yaponiyada 100-ə qədər havaya qalxan ev var.