Zaza Saralidze - Mənə heç cür xalq lazım deyil, bu döyüşdə tək qalıram (foto, video)
Mənə heç cür xalq lazım deyil, bu döyüşdə tək qalıram, – bu barədə Xorava küçəsində qətlə yetirilən yeniyetmənin atası, Zaza Saralidze Vake Parkında keçirilən “Ədalət siyasətçilərsiz bərpa olunsun” aksiyasında bəyan etdi və oranı tərk etdi.
Saralidze Vake Parkı ərazisini Xalq Müdafiəçisi, Nino Lomcariya ilə birlikdə tərk etdi.
Birinci Kanala aksiyanın təşkilatçısının bəyan etdiyinə görə, Zaza Saralidzeyə Nino Lomcariya təsir göstərdi və ərazini tərk etmə qərarını məhz elə buna görə qəbul etdi.
“Zaza bizim yanımıza ona görə gəldi ki, burada səslənənlərin hamısı həqiqətdir. Lomcariyaya gəldikdə isə, bütün aksiya ərzindəm oturub danışdırırdı. Adam qalxdı və getdi. Bir versiya var ki, onun həyat yoldaşı pis oldu, bir versiya da var ki, ona təsir göstərdilər. Pis səslənir, lakin böyün şans var ki, bu belə olsun”, – Revaz Karçxadze bəyan etdi.
Xalq Müdafiçisinin bəyan etdiyinə görə, Zara Saralidze evə dincəlməyə gedir.