Hesab edək ki, ədalət öz yerini tapdı, irəlidə yenə bir məhkəmə prosesi var. Görək prokurorluq Mixeil Kalandiaya qarşı irəli sürülən ittihamı necə təqdim edəck. Yenə onu qorumağa çalışacaq ya yox, – bu barədə bəyanatı Xorava küçəsində qətlə yetirilən yeniyetmə Davit Saralidzenin atası Zaza Saralidze TV Pirvelinin efirində verdi.
Zaza Saralidzenin dediyinə görə, hərkəs Mixeil Kalandianın həbs ediləcəyini gözləyirdi.
“İlk növbədə bugünə qədər mənimlə birlikdə mübarizə aparan insanlara təşəkkür etmək istəyirəm. Həmçinin, ədalətin öz yerini tapmasını təmin edən insanlara da təşəkkür edirəm. Növbəti məhkəmə prosesindən sonra, deyə bilərəm ki, bizim məsələ ilə bağlı ədalətin öz yerinin tapdığından əmin olacam” – dedi Zaza Saralidze.