“Əlvida mənim əziz dəstəkçilərim və dəstəm. Kapitanın getmək vaxtı gəldi! Bu qızıl illəri heç vaxt unutmayacam” – Bu sözləri basketbolğu Zaza Paçulia öz Facebook səhifəsində yaydığı müraciətdə yazır.
“17 il ərzində öz komandamla bərabət nail olduqlarımı buraxıb getmək mənim üçün çox zordur. Bu illər ərzində qələbəmiz də oldu, uğursuzluğumuz da və mən düşünürəm ki, əlimdən gələni etdim. Ümid edirəm ki, qalan yola yeni nəsil oyunçuları davam edəcəklər.
Mən daha gözəl nəticə ilə getmək istəyərdim, ancaq, travmam buna izin vermədi. Ən çox da mənə dəstək verən sadiq insanların ümidlərini doğrulda bilmədiyimə görə üzüldüm və onlara mənə hər zaman dəstək verdikləri üçün təşəkkürümü bildirmək istəyirəm. Siz daha böyük sevincə layiq idiniz!
İndi isə, əlvida əziz dəstəkçilərim. Kapitanın getmə vaxtı gəldi!” – yazıb Zaza Paçulia.