Yunker - Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyasına qədər ərazi mübahisələri tənzimləmək lazımdır
Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyasına qədər ərazi mübahisələri tənzimləmək lazımdır, – bu barədə Avropa Parlamentinin plenar iclasında nitqlə çıxış edərkən Avropa Komissiyasının prezidenti, Jan-Klod Yunker bəyan etdi.
Avropa Parlamentində bu gün Avropanın gələcəyinin müzakirə edirdilər. Jan Klod Yunker Balkan ölkələrinə xəbərdarlıq verdi ki, əgər ərazi mübahisələri tənzimlənmədisə, Avropa İttifaqının genişləndirilməsi olmayacaq.
Eyni zamanda Yunker bəyan etdi ki, Serbiya və Monteneqro 2025-çi il üçün Avropa İttifaqının üzvü ola bilərlər. Əgər üzvlük üçün bütün şərtləri yerinə yüetirdilərsə.
Avropa Komissiyasının prezidenti Xorvatiya və Sloveniya arasında olan ərazi mübahisənin tənzimlənməsinin vacibliyindən danışdı.
Xatırladaq ki, bu gün Avropa Komissiyası Qərbi Balkan ölkələri üçün Avropa İttifaqının genişlənməsi strategiyasını təqdim etməlidir.