Giorgi Kvirikaşvili - ümud edirəm ki, praqmatik əməkdaşlığa partnyorluğun fundamental hüquqlarını pozmadan nail olacağıq
Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili İpək Forumunda nitqlə çıxış edərkən struktur islahatları barəsində danışdı.
Kvirikaşvilinin qeyd etdiyi kimi, İpək Yolu təşəbbüsü, İpək yolu layihəsinə qoşulan bir çox ölkə üçün sülh, rifah və əməkdaşlığı təmin edir
Elə onun sözlərinə görə, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası Gürcüstan hökumətinin əsas prioriteti hesab olunur.
Giorgi Kvirikaşvilinin sözlərinə görə, Gürcüstanın inkişafının miqyasının tanınması müxtəlif beynəlxalq reytinqlərdə əksini tapıb.
Elə onun dediyinə görə, Dünya Bankının biznes sadəliyi hesabatına görə, Gürcüstan son vaxtlar dünyanın 190 ölkəsi arasında 9-cu yerə keçdi (7 pillə ilə irəliləyiş). Onun sözlərinə görə, inkişafa yönəldilmiş islahatlar əhəmiyyətli struktur islahatları deməkdir.
Giorgi Kvirikaşvilinin bəyanatına görə, Gürcüstan, enerji tranziti sahəsində etibarlı partnyor və nəqliyyat axının əsas iştirakçılarından biri kimi, Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa boru kəməri və Cənub Qaz Nəqliyyat Dəhlizi kimi mühüm strateji layihələrdə fəal iştirak edir.
Elə onun sözlərinə görə, Mərkəzi Asiyadan, Türkmənistandan qazın Xəzər Dənizindən, Cənubi Qafqaz dəhlizini keçərək, Mərkəzi Avropaya ötürülməsi imkanlarını xüsusi ilə qeyd etmək lazımdır.
Giorgi Kvirikaşvilinin bəyanatına görə, Gürcüstan qlobal biznesə açıqdır, Gürcüstan aşağı qiymətlər və bazarın tənzimlənməsi yükünün asanlığını, eləcə də bazarın fiziki və normativ əlyetərliliyini təklif edir.