Yunanıstanın Sahil Mühafizəsi Krit adası yaxınlığında qayıqdan 12 miqrantın meyitini aşkar edib

12:21, 09.11.2026

Krit adası yaxınlığında qayıqdan 12 həlak olmuş miqrantın meyiti çıxarılıb. Bu barədə “Reuters” Yunanıstanın Sahil Mühafizəsinə istinadən məlumat yayıb. 

Sahil Mühafizəsinin nümayəndəsinin açıqlamasına görə, Kaloi Limenes limanından 15 dəniz mili məsafədə 18 nəfər xilas edilib. 

Krit adası yaxınlığında baş verən daha iki hadisə zamanı isə Sahil Mühafizəsinin əməkdaşları onlarla insanı xilas ediblər.  

Medianın məlumatına görə, hadisə noyabrın 9-da, bazar ertəsi səhər saatlarında baş verib. 

Oxşar