Üçüncü Şio – Bir sıra çox ağır günahlar surroqatlıqla bağlıdır, ölkədə onun qadağan edilməsi millətimizin mənəvi və əxlaqi sağlamlaşdırılması istiqamətində irəliyə atılmış böyük addım olacaq
Ölkəmizdə surroqat analığın qadağan edilməsi millətimizin mənəvi və əxlaqi sağlamlaşdırılması istiqamətində irəliyə atılmış böyük addım olacaq, biz hamımız bu qərara görə çox şadıq, – bu barərə Ümumi Gürcüstanın Katolikos-Patriarxı Üçüncü Şio Bodbe analar monastırında yerləşən Müqəddəs Nino məbədindəki xütbəsi zamanı bildirib.
Patriarxın sözlərinə görə, bir sıra çox ağır günahlar surroqatlıqla bağlıdır.
“Fürsətdən istifadə edərək dünən eşitdiyimiz yeni təşəbbüsə böyük məmnuniyyətlə münasibət bildirmək istəyirəm. Bu, Gürcüstanda surroqat analığın qadağan edilməsi ilə bağlıdır. Əziz bacı və qardaşlarım, bu, çox mühüm qərardır. Bir sıra çox ağır günahlar surroqatlıqla bağlıdır. Ölkəmizdə bunun qadağan edilməsi xalqımızın mənəvi və əxlaqi cəhətdən sağlamlaşması istiqamətində irəliyə atılmış böyük addım olacaq. Əlbəttə ki, biz bu gün hamımız bu qərara görə çox şadıq. Dua edirik ki, Tanrı, Müqəddəs Qiorqi və Müqəddəs Nino sizə bunu həyata keçirmək və sona çatdırmaq üçün güc versin. Əlbəttə ki, bundan əvvəl bizim münasibətlərimiz, bu problem və eləcə də digər cari məsələlər barədə bir-birimizlə apardığımız söhbətlər olub. Çox şadam ki, sizin bu qərarınız xristian dünyagörüşünüzdən və kilsəmizin taleyinə ürəyinizin yanmasından, eləcə də ölkəmizdə xristian və ənənəvi dəyərlərin gücləndirilməsi və təşviq edilməsi istəyinizdən irəli gəlir”, – deyə Patriarx qeyd edib.