Yohan Vadeful – Rusiyaya beynəlxalq hüququn bütün prinsiplərini pozaraq işğalçılıq müharibəsində qalib gəlməsinə imkan versək, bu, presedent yaradacaq və bunun hansı nəticələrə gətirib çıxaracağını heç kim bilmir

14:36, 04.11.2026

Rusiyaya bütün hüquq normalarını pozaraq işğalçılıq müharibəsində qalib gəlməsinə imkan versək, bu, presedent yaradacaq və bunun hansı nəticələrə gətirib çıxaracağını heç kim bilmir. Biz qanunun tərəfindəyik. Biz hücuma məruz qalanların tərəfindəyik. Bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bəyan edib.

Onun sözlərinə görə, 1990-cı illərdə Kiyev Moskva ilə münasibətləri yaxşılaşdırmaq məqsədilə hətta nüvə silahından imtina edib, lakin bu, Rusiya üçün kifayət etməyib. Vadeful, həmçinin Rusiyanın Ukraynada, o cümlədən Buça və İrpin şəhərlərində çoxsaylı ağır cinayətlər törətdiyini bildirib.

“Ukraynanın suverenliyinə təminat vermək əvəzinə, Rusiya ölkəyə hücum edib, işğala başlayıb və hər gün dinc əhalini öldürür. Məsələ heç də Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərində sülhün bərqərar olmasından və əhalinin orada əmin-amanlıq şəraitində yaşamasından getmir. Əksinə, bizim Buçada baş verən dəhşətli hadisələrə dair nümunəmiz var. Orada qətllər, işgəncə və zorlanma halları qeydə alınıb”, – deyə Vadeful bildirib.

Oxşar