Yerevanda Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Yerevanda Ermənistanın baş naziri, Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam etdirilir.
Etiraz aksiyasının iştirakçıları Hökumət Evi qarşısında toplaşıblar. Nümayişçilərin bir hissəsi girişin təcrid edilməsinə çalışır. Hadisə yerinə polis səfərbər olunub.
Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası 10 noyabrdan keçirilir. Vətəndaşların bir hissəsi Paşiniyanın istefasını, Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə Azərbaycanla Moskva vasitəçiliyi ilə nail olunan razılığa görə tələb edir.