Yerevanda keçirilən aksiyada 129 nəfəri yaxaladılar. Bu barədə məlumatı polis yayır. Bununla yanaşı, hüquqmühafizə orqanında bəyan etdiklərinə görə, 41 yaxalanan artıq azad edilib.
Xatırladaq ki, Yerevanda etiraz aksiyaları bu dəqiqələrdə də davam edir. Nümayişçilər Parlament binasına tərəf gedirlər. Burada onlar fövqəladə iclasın keçiriləməsi və baş nazirin istefası məsələsini tələb edəcəklər.
Nümayişdə iştirak edən partiyaların bir hissəsi prezidentə müraciıt edir ki, konstitusiya ilə ona verilən hüquqdan istifadə etsin və keçid hökumətini formalaşdırsın.
Aksiya iştirakçıları Nikol Paşinyanı dövlət maraqlarının inkarı və Azərbaycana ərazilərin təhvil verilməsində günahlandırırlar.