NATO-nun baş katibi Yens Stoltenberqin dediyinə görə, alyansın qapısı Gürcüstan və Ukrayna üçün də açıqdır.
Bu bəyanatı NATO-nun baş katibi Marşal Fondunda, NATO-nun açıq qapı siyasəti haqqında nitqlə çıxış edərkən verdi.
Stoltenberqin dediyinə görə, bu provokasiya deyil və bu proses digər ölkələrə qarşı yönəldilməyib.
“NATO-nun qapısı açıqdır, biz hazırda Bosniya və Hersoqovina kimi ölkələrlə işləyirik, növbəti isə, Gürcüstan və Ukrayna olacaq” -dedi Yens Stoltenberq.
Xatırladaq ki, NATO-nun baş katibi martın 24-də Gürcüstana gələcək.