Yens Stoltenberq - NATO Gürcüstana dəstəyini davam etdirəcək, Aliyansın qapısı yeni üzv üçün açıqdır
NATO asprirant ölkələrinin və o cümlədən Gürcüstanın Avroatlantik məkanına inteqrasiyasını dəstəkləyir. Bu barədə Şimali Atlantik Aliyansının baş katibi, Yens Stoltenberq Varşavada NATO Parlament Assambleyasında nitqlə çıxış edərkən bəyan etdi.
“NATO Gürcüstanın təcrübi dəstəyini davam etdirəcək. NATO-nun açıq qapı siyasəti iyulda, Brüsseldə müzakirə edəcəyimiz əsas mövzulardan biri olacaq. Biz keçən il, Monteneqronun NATO-nun 29-cu üzvü olmasından sonra təsdiq etdik ki, Aliyansın qapısı yeni üzv üçün açıqdır. Biz asprirant ölkələrin Avroatlantik məkanına inteqrasiyasını dəstəkləyirik”, – Yens Stoltenberq bəyan etdi.