NATO Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edəcək, – bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Birinci Kanalın jurnalistinin sualına cavab olaraq bəyan etdi.
Yens Stoltenberqin dediyinə görə, bu gün Gürcüstan Xarici İşlər naziri ilə görüş planlaşdırılıb. Görüş NATO-Gürcüstan-Ukraynanın birgə iclası çərçivəsində keçirilcək.
Ministerialın başlamasına qədər keçirilən brifinqdə, NATO-nun baş katibi görüşün əsas mövzusu barəsində danışdı. Mövzular arasında Qara Dənizin təhlükəsizliyi məsələsi də var. Stoltenberq Rusiyanı yaxalanmış Ukraynalı dənizçilərinin azad edilməsinə çağırdı.