Yens Stoltenberq Əfqanıstan missiyasında kontribusiyaya görə, Gürcüstana minnətdarlığını bildirdi
Şimali Atlantik Alyansının ikigünlük sammitinin cəmləşdirtici mətbuat konfransında Yens Stoltenberq diqqəti əsasən, Əfqanıstanda NATO-nun missiyasının genişləndirilməsinə yetirdi.
Onun dediyinə, sammitdə liderlər razılaşdılar ki, Əfqanıstanda NATO-nun missiyasının genişləndirilməsi həyati əhəmiyyətlidir.
“Əfqanıstan prezidenti Əşrəf Qani bilir ki, müdafiə qabiliyyətinin gücləndirilməsində NATO-dan tam dəstəyi var. Razılaşdıq ki, Əfqanıstanda NATO-nun xərcləri iki milyard ilə artacaq və bu 2024-cü il üçün baş verəcək. Məqsədimizdir ki, yeni hərbi-hava qüvvələrinin yaradılmasına imkan yaradaq”, – Yens Stoltenberq bəyan etdi.
Əfqanıstanda NATO-nun missiyasının genişləndirilməsi barəsində söhbət edərkən Şimali Atlantik Alyansının baş katibi, missiyada kontribusiyaya görə, Gürcüstana minnətdarlığını bildirdi.