Yenə 14 kəndə yüksək dağlıq statusu verildi , – “yüksək dağlıq regionları haqqında” qanunla müəyyən edilən güzəştlərdən Çiatura, Saçxere, Xaraqauli, Borcomi, Marneuli, Kareli, Bağdadi və Tkibuli munisipalitetlərinin kəndləri istifadə edəcəklər.
Yüksək dağlıq statusu verilən kəndlər bunlardır: Saçxere Munisipalitetinin Liçi kəndi, Çiatura munisipalitetinin kəndləri: Meluşeti, Begiauri, Mandaeti və Tskalşavi, Xaraqauli munisipalitetinin kəndləri: Mzvare, Şrdili və Gedsamani. Borcomi munisipalitetinin kəndləri: Tadzrisida Sakide. Marneuli munisipalitetinin Bradazori, Kareli munisipalitetinin Ğoğeti kəndi; Bağdati munisipalitetinin Xani kəndi, Tkibuli munisipalitetinin Muxura kəndi.
Baş nazir Giorgi Kvirikaşvilinin bugünki hökümət iclasında qeyd etdiyinə görə, yüksək dağlıq regionlardaki əhalinin yaşam şəraitinin yaxşıladırılması üçün, qeyd olunan kəndlərə bu status verilməli idi.
“Vacibdir ki, bu 14 kəndin əhalisi qeyd olunan statusun veridiyi güzəştlərdən istifadə etsin. Qanunla nəzərdə tutulan güzəştlərdən başqa, dağlıq regionların inkişafı üçün 10 milyon lari ayrıldı. Düşünürəm ki, bu yenilik əhalimiz üçün vacibdir” – dedi baş nazir.