Yaponiya müdafiə büdcəsini rekord dərəcədə artırır
Yaponiya müdafiə büdcəsini rekord dərəcədə artırır

Yaponiya hökuməti, baş nazir Sindzo Abenin rəhbərliyi ilə, müdafiə üçün 5,2 trilyon yeni (39 milyard avro) nəzərdə tutan büdcə layihəsini təqsdiq etdi. Keçən il ilə müqayisədə, ölkənin hərbi büdcəsi 1,3 faizlə artır.

“Bizim müdafiə qabiliyyətimizin gücləndirilməsi üçün müasir, effektli avadalığımızın olması əhəmiyyətlidir”, – yaponiya müdafiə naziri İnsunori Onodera bəyan etdi.

Yerli mediyanın yazdığına görə, hərbi xərclərin artırılması Şimali Koreyanın nüvə təhlükəsindən irəli gəlir.

Yaponiya müdafiə büdcəsi son dörd ildir artır.

Yaponiya 2018-ci il büdcəsini parlament təsdiq etməlidir.