Yaponiyada işçilərin defisiti var.
Biznes-nəşriyyat “Nikkei”-in yaydığı məlumata görə, ölkə iqtidarı işçi gücü defisitini xarici və kifayət qədər kvalifikasiyası olmayan xaricilərlə doldurmayı düşünür və buna görə, xaricilərə qarşı sərt requlyasiyaları asanlaşdırmağı planlaşdırır.
Kadr defisiti əsasən 5 sahədədir: tibb sahəsi (tibb bacıları), gəmiçilik, inşaat, kənd təsərrüfatı və turizm.
2025-ci ilə qədər Yaponia iqtidarı 500 minə qədər işçi yığmağı düşünür. 2019-cu ilin aprel ayından, yapon dilində təhsil testlərini tapşıran xaricilərə Yaponiyada 5 illik çalışma izini veriləcək.
Kadr defisitinin səbəblərindən biri millətin qocalmasıdır.
Həmçinin, dünyanın 3-cü iqtisadiyyatı olan ölkədə, 2020-ci ildə, Tokionun Olimpik oyunları üçün inşaat bumudur.