Yanvar-noyabrda Gürcüstan aeroportlarında sərnişinlər axını dörd faizlə artdı
Cari ilin yanvar-noyabrında Gürcüstan aeroportları cəmi 4 877 963 sərnişinə xidmət göstərdi. Bu isə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə dörd faizlə artıqdır.
Mülki Aviasiya Agentliyinin məlumatına görə, qeyd olunan dövrdə təxminən 16 faizlik artıq proqnozlaşdırılmışdı, Rusiya və Gürcüstan arasında hava gediş-gəlişinin dayandırılmasına görə isə, bu baş vermədi.
Tbilisi Beynəlxalq Aeroportunda 11 ayda iki faizlik azalma qeydə alındı. Sərnişinlərin axını artımı Batumidə (3 faiz) və Kutaisidə (41 faiz) qeydə alındı.