Yanoş Herman - Avropa İttifaqının qızıl ulduzlu bayrağı Gürcüstana yaraşdığı kimi yaraşan ölkələr o qədər də çox deyil
“Mən burada yan-yana dalqalanan Gürcüstan və Avropa İttifaqının bayraqlarını görürəm və əminəm ki, gələcəkdə bu birgə məkan olacaq” – bu barədə bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Yanoş Herman “Avropa günləri”-nə həsr olunan tədbirdə çıxış edərkən verdi.
“Demək istəyirəm ki, Avropa İttifaqından kənarda o qədər də çox ölkə yoxdur, hansında ki, Avropa İttifaqının qızıl uzduzlu bayrağı belə mənimsənmiş şəkildə durur və belə yaraşır” – dedi Yanoş Herman.
“İkinci dünya müharibəsi uzun zamandır keçmişdə qaldı, ancaq biz bilirik ki, Avropa təhsil qitası olaraq, qaldı və oraya barbarlar tərəfindən hücum edildi. O vaxtlar Avropa çox böyük təhlükə altında idi və özünü qorumaq üçün Avropa İttifaqını yaratmaq zorunda qaldı.
Avropa deyərkən, sadəcə İttifaqa daxil olan ölkələri nəzərdə tutmuram. Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verdiyimizi vurğulamaq istəyirəm” – dedi Yanoş Herman.