“Gürcüstana NATO-ya üzv olana qədər dəstək olacağıq”,- bu haqqda ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli NATO-nun baş katibi Yens Stoltenberqə cavab olaraq bildirdi.
Kelli qeyd edir ki, Gürcüstanın NATO-ya üzv olmasını, ABŞ dəyişməz olaraq dəstəkləyir.
“NATO-nun baş katibinin bu bəyanatını görməmişəm, o, ABŞ-ın mövqeyi ilə üst-üstə gəlir. Biz inanırıq ki, Gürcüstan NATO-nun üzvü olacaq. Vitse-prezident Pens, avqustda Gürcüstanda olarkən bəyan etdi ki, Gürcüstana NATO-ya üzv olana qədər dəstək olacağıq. Bu da sözsüz ki, hər bir üzv ölkənin konsesus və razılığı deməkdir.
ABŞ-a gəldikdə isə, o, Gürcüstanın NATO-ya üzv olmasını həmişə dəstəkləyir”, – ABŞ-ın Gürcüstandakı səfiri Birinci Kanalın sualına cavab olaraq bəyan etdi.
NATO-nun baş katibi, Yens Stoltenberq Kanadanın Halifaks şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında nitqlə çıxış edərkən bəyan etdi ki, Gürcüstan və Ukraynanın NATO-ya üzv olması qərarını 29 müttəfiq qəbul etməlidir, bu prossesə heç kim qarışa bilməz.