Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 12-15 avqustda Gürcüstanda yağışsız havalar gözlənilir.
“12-15 avqustda Gürcüstanda yağışsız havalar gözlənilir.
14-15 avqustda Zemo İmeretidə, Kolxeti aranlığında v Qori-Surami hissəsində şərq istiqamətli güclü külək əsəcək”, – Agentlikdə bəyan edirlər.
Elə onların məlumatına görə, Tbilisidə yağışsız və isti havalar olacaq. Hava temperaturu +31, +33 dərəcəni təşkil edəcək.