Xorvatiyanın baş naziri - işğal olunmuş ərazilərin reinteqrasiyası üçün Gürcüstan, Xorvatiya modelindən istifadə edə bilər
Xorvatiyanın baş naziri, Andrey Plenkoviçin dediyinə görə, işğal olunmuş ərazilərin reinteqrasiyası üçün Gürcüstan və Ukrayna, Xorvatiya modelindən istifadə edə bilərlər.
Bu barədə Andrey Plenkoviç Münhen Təhlükəsizlik Konfransında bəyan etdi.
Onun dediyinə görə, Xorvatiyaya reinteqrasiyada, “təziq və diplomatiyaya” əsaslanan qərarlar yardım etdi.
“Bizim iki çıxışımız var idi – hərbi və diplomatik. Bizə reinteqrasiyada təziq və diplomatiyaya əsaslanan qərarlar yardım etdi”, – Xorvatiyanın baş naziri bəyan etdi.
Nitqlə çıxış edərkən Xorvatiyanın baş naziri Gürcüstan və Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəklədi.