XİN - delimitasiya komissiyalarının dinc və müvafiq şəraitdə işləməsinə imkanların yaradılması, komissiyalar tərəfindən tərəqqiyə nail olmasının önşərtidir
XİN - delimitasiya komissiyalarının dinc və müvafiq şəraitdə işləməsinə imkanların yaradılması, komissiyalar tərəfindən tərəqqiyə nail olmasının önşərtidir

Hesab edirik ki, ekspert qruplarının və delimitasiya komissiyalarının görüşləri vaxtında davam etdirilməlidir ki, bunun üçün də gürcü tərəfi hazır olduğunu bildirir, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin David Qarecidə baş verən insidentlə bağlı yaydığı bəyanatda deyilir.

“Cari ilin iyulun 14-də Gürcüstan-Azərbaycan sərhədinin David Qareci hissəsində yerlilər və Azərbaycan sərhədçiləri arasında kiçik insident baş verdi.

Gürcüstanın müvafiq idarələrinin münasibətin bildirməsi nəticəsində, insident tezliklə aradan qaldırıldı. Baş verənlər üzrə isə, tədqiqata başlanılıb.

Bənzər insidentlər ölkələrimiz arasında olan strateji partnyorluq əlaqələrinə müvafiq deyil. Məhz elə buna görə hesab edirik ki, ekspert qruplarının və delimitasiya komissiyalarının görüşləri vaxtında davam etdirilməlidir ki, bunun üçün də gürcü tərəfi hazır olduğunu bildirir. Delimitasiya komissiyalarının dinc və müvafiq şəraitdə işləməsinə imkanların yaradılması, komissiyalar tərəfindən tərəqqiyə nail olmasının önşərtidir”, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.