Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsi qərbi Gürcüstan üçün nəzərdə tutulmuş vaksinin 14 080 dozasını aldı
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin İmereti bölməsi qərbi Gürcüstan üçün nəzərdə tutulmuş vaksinin 14 080 dozasını aldı.
Elə bu gün “astrazeneka” vaksini Sameqrelo, Quriya və Acara bölgələrinə göndəriləcək. Raça-Leçxumi və Kvemo Svaneti isə, vaksini sabah alacaq.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadzenin dediyinə görə, 5 500 doza İmereti bölgəsi üçün nəzərdə tutulub.
İlk mərhələdə vaksinasiya tibb işçilərinə ediləcək. İmeretidə proses 15 martdan başlayacaq. Vaksinasiya üçün munisipalitetlərin Xəstəliklərə Nəzarət Mərkəzlərində müvafiq kabinetlər səfərbər olunub.
Vaksinin alınması və yerləşdirilməsi patrul polisinin nəzarəti ilə həyata keçirilir.