Ozurqetidə vaksinasiya 15 martda, Lançxuti və Çoxatauridə isə, 17 martda başlayacaq
Ozurqetidə vaksinasiya 15 martda, Lançxuti və Çoxatauridə isə, 17 martda başlayacaq

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya bölməsinin rəhbəri, Arçil Mjaviyanın məlumatına görə, koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsində Ozurqetidə 600, Lançxutidə 300, Çoxatauridə isə, 200-ə qədər tibb işçisi peyvənd ediləcək.

“Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya nemayəndəliyi vaksini bu gün gətirəcək. Lakin bilavasitə vaksinasiya prosesi bazar ertəsindən başlayacaq. Vaksinasiya Ozurqetidə bazar ertəsi “Medalfa” klinikasında keçiriləcək. Lançxuti və Çoxatauriyə gəldikdə, proses “Medalfa” klinikalarında bazar ertəsindən başlayacaq”, – Arçil Mjaviya bəyan etdi.

Şərh yaz