Xarici İşlər Nazirliyi – Avropa İttifaqının Genişlənmə Forumu və Əlaqəlilik üzrə Nazirlər Toplantısında Gürcüstanın müvafiq səviyyədə iştirakı üçün dəvət almadığını, buna görə də Gürcüstan nümayəndəsinin həmin tədbirlərdə iştirak etməyəcəyini bildirib
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirlərdə, o cümlədən Əlaqəlilik və Təhlükəsizlik üzrə Nazirlər Toplantısında iştirak üçün Gürcüstana müvafiq səviyyədə dəvət göndərilməyib. Buna görə də Gürcüstanın nümayəndəsi sözügedən görüşdə iştirak etməyəcək.
Xarici İşlər Nazirliyindən bildirilib ki, bununla belə, Gürcüstan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qalır və müvafiq səviyyədə dəvət alacağı təqdirdə görüşlərdə iştirak etməyə hazırdır. Qeyd olunan mövqe Brüsselə də məlumdur.
Bu gün Brüsseldə Genişlənmə Forumu, eləcə də Əlaqəlilik və Təhlükəsizlik üzrə Nazirlər Toplantısı keçiriləcək.