Xalq Müdafiəçisi beş siyasi partiyanın konstitusiyaya zidd tanınması və qadağan edilməsi ilə bağlı davam edən proses çərçivəsində “məhkəmənin dostu” rəyini təqdim edib
Sentyabrın 24-də Gürcüstan parlamentinin üzvləri beş müxalifət siyasi partiyasının konstitusiyaya zidd tanınması və qadağan edilməsi tələbi ilə konstitusiya iddiası təqdim ediblər, – deyə Xalq Müdafiəçisinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, bu cür iddiaya baxılması Gürcüstanın hüquq sistemi üçün yenilik olduğundan, Xalq Müdafiəçisi Gürcüstan Konstitusiya Məhkəməsinə “məhkəmənin dostu” rəyi (Amicus Curiae) təqdim etmək qərarına gəlib.
“Məhkəmənin dostu rəyində birləşmək azadlığı ilə qorunan sahə və bu azadlığın qanunauyğun məhdudlaşdırılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq təcrübəsi ümumiləşdirilib. Beləliklə, sənədin məqsədi müvafiq standartların nəzərdən keçirilməsi yolu ilə əsas hüquqi aspektləri önə çıxarmaqdır ki, bu da məhkəməyə siyasi partiyaların qadağan edilməsi barədə təqdim olunmuş iddianı lazımi qaydada qiymətləndirməyə kömək edəcək”, – deyə Xalq Müdafiəçisinin bəyanatında vurğulanır.