Vladimer Konstantinid - işğal olunmuş Abxaziyada üzdəniraq seçkilər Gürcüstanın suverenliyinə qarşı yönəldilibdir və etnik soyqırımın qanuniləşdirilməsinin növbəti nəticəsiz cəhdidir
İşğal olunmuş Abxaziyada üzdəniraq seçkilər Gürcüstanın suverenliyinə qarşı yönəldilibdir və etnik soyqırımın qanuniləşdirilməsinin növbəti nəticəsiz cəhdidir, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Vladimer Konstantinid bəyan etdi.
Vladimer Konstantinidin dediyinə görə, üzdəniraq seçkilərin heç bir legitim nəticəsi ola bilməz, çünki fundamental olaraq beynəlxalq hüquq normaları və prinsiplərinə ziddir.
“İşğal olunmuş Abxaziyada üzdəniraq seçkilər Gürcüstanın suverenliyinə qarşı yönəldilibdir və etnik soyqırımın qanuniləşdirilməsinin növbəti nəticəsiz cəhdidir. Abxaziya bölgəsində etnik soyqırım nəticəsində yüz minlərcə məcburi köçkün və qaçqının qovulması fonunda, sözsüz ki, üzdənirəq seçkilərin heç bir hüquqi nəticəsi ola bilməz, beynəlxalq hüququn fundamental normalar və prinsiplərinə ziddir.
Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğa müraciət edir ki, müvafiq dəyərləndirmə versin və baş verən proseslərin dayandırılması üçün əməli addımlar atsın”, – Konstantinid bəyan etdi.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin dediyinə görə, işğal rejimi işğal olunmuş bölgələrə özəl şəxslərin aparılması və onların beynəlxalq müşahidəçi kimi sırıması ilə çalışır ki, prosesə müəyyən legitimasiya versin.
Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq seçkiləri keçirilir. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparır, o cümlədən indiki prezident Raul Xacimba”.