Viktor Dolidze - Avropa İttifaqı ilə gediş-gəlişinin ilk 6 ay statistikası ümidvericidir və problem mövcud deyil
Avropa İttifaqı ilə gediş-gəlişinin ilk 6 ay statistikası ümidvericidir və problem mövcud deyil, – bu haqqda Avropa və Avroatlantik strukturlarına inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze hökumət iclasının başa çatmasından sonra bəyan etdi.
Viktor Dolidzenin qeyd etdiyinə görə, Gürüstan hökuməti işləyir ki, insanların şüuru yüksəlsin və onlar vizasız gediş gəlişi qaydalarını pozmasınlar.
“Avropol” ilə həqiqətən əhəmiyyətli əməkdaşlığımız var. Şenqen zonasına gedən və sonra oradan başqa yerə gedən, və ya başqa istiqamətlə geri dönən, və ya heç geri dönməyən insanların müəyyənləşdirilməsi mümkün olmur. Lakin biz bacardıq və 6 ayın statistikası varımızdır və statistika ümidvericidir. Ən əsası odur ki, hələlik bir problem yaranmayıb”,- Viktor Dolidze bəyan etdi.