Vətəndaşlar kağızdan olan şəxsiyyət vəsiqələrini bir ay ərzində, pulsuz olaraq, yeni vəsiqə ilə dəyişdirə biləcəklər
Vətəndaşlar kağızdan olan şəxsiyyət vəsiqələrini bir ay ərzində, pulsuz olaraq, yeni vəsiqə ilə dəyişdirə biləcəklər

Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukianinin təşəbbüsü ilə, kağız şəxsiyyət vəsiqəsinin yenisi ilə əvəz edilməsi bir ay ərzində pulsuz mümkün olacaq.

Elektron şəxsiyyət vəsiqələri olmayan Gürcüstan vətəndaşları bir ay ərzində, tamamilə pulsuz olaraq, saxtalaşdırılması mümkün olamayan Avropa sənədi olan elektron vəsiqələr ala bilərlər.

2012-ci ilin sonunda 3 087 163 vətəndaşın kağız şəxsiyyət vəsiqəsi var idi. Bugün isə, kağızdan şəsiyyət vəsiqəsi sadəcə 749 537 vətəndaşda qalıb. Bunlarından arasında: 175 914 Tbilisi sakininin kağız şəxisyyət vəsiqəsi var, İmeritə 125 383 nəfərin, Kaxetidə – 80 007 və Kvemo-Kartlidə 79 947 nəfərin.

Şəxsiyyət vəsiqələrini dəyişdirmək istəyənlər Ədliyyə Evlərinə, Dövlət Servislərinin İnkişaf Agentliklərinə və İctimai mərkəzlərə  müraciət edə bilərlər.