Vətəndaşlar bu gündən etibarən Ədliyyə Evlərinin və İctimai Mərkəzlərin  xidmətlərindən sifariş prinsipi ilə yararlana biləcəklər
Vətəndaşlar bu gündən etibarən Ədliyyə Evlərinin və İctimai Mərkəzlərin xidmətlərindən sifariş prinsipi ilə yararlana biləcəklər

Ədliyyə Evləri və İctimai Mərkəzlər bu gündən etibarən açılacaq və yeni prinsip əsasında fəaliyyət göstərəcəklər-maraqlanan şəxs,əgər my.gov.ge portalında sifariş verərsə, binaya giriş və xidmətdən onun üçün istənilən gün və vaxtda yararlana biləcək. Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, filiallarda xidmət görmək üçün zəruri sifarişə dair elektron sistem fəaliyyətə başladılıb,bunun nəticəsində ,karantin zonalarında yerləşən filiallar istisna olmaqla,Ədliyyə Evləri və İctimai Mərkəzlərin bütün filialları açılacaq.Xidmətdən yararlanmaq üçün şəxs, my.gov.ge portalında,təqvimdə filialı ziyarət tarixini sifariş etməlidir,bunun nəticəsində qısa mətn bildirişi alacaq və göstərilmiş vaxtda və yerə müraciət etmək üçün fiziki olaraq gedə biləcək.Hazır sənədləri almaq üçün filiala ikinci dəfə getmək zəruri olmayacaq və şəxsə hazır sənədlər post ilə göndəriləcək.

İstifadəçi nəzərə almalıdır ki :

• Bir tək –my.gov.ge veb səhifəsində sifariş vermək mümkün olacaq,burda sifariş təqvimi yerləşdiriləcək ;

• Sifariş verdikdən sonra istifadəçi göstərilmiş telefon nömrəsinə qısa mətn bildirişi alacaq,bildirişdə ziyarət tarixi,yer və zaman qeyd olunmuş olacaq.Həmçinin,istifadəçinin birdəfəlik kodu da bu bildirişdə göndərilmiş olacaq.Ədliyyə Evinə və İctimai Mərkəzə gedən istifadəçi bu kodu təqdim etməlidir ;

• İlkin sifariş olmadan Ədliyyə Evinə / İctimai Mərkəzə getmiş istifadəçi binaya daxil ola bilməyəcək ;

• Filiala getmiş şəxs maska taxmalıdır,maskasız binaya buraxılmayacaq ;

• Filiala uşaqların ,eləcə də istifadəçi ilə birlikdə gedən şəxslərin daxil olmasına icazə verilmir ;

• Filiallara bütün xidmətlərə dair müraciət etmək mümkün olacaq,nigah ritualı istisna olmaqla ;

• İstifadəçi hazır sənədləri almaq üçün Ədliyyə Evlərinə və ya İctimai Mərkəzlərə gedəsi olmayacaq.Hazır sənəd ona post vasitəsi ilə göndəriləcək ;

• Ədliyyə Evləri və İctimai Mərkəzlər sifariş verilmiş ziyarətləri hər gün,şənbə-bazar da daxil olmaqla, 09:00-dan 18:00 saatadək qəbul edəcəklər ;

• İstifadəçi zəng mərkəzi və ya quruma gedərəkdən xidməti sifariş edə bilməyəcək.Ziyarəti sifariş etmək üçün –my.gov.ge veb səhifəsindən istifadə edilməlidir.

Nazirlikdən bildirilib ki,fərqli qayda 70 yaş və üzəri şəxslər üçün ,həmçinin, sağlamlıq vəziyyətinə görə hərəkət edə bilməyən şəxslər üçün də nəzərdə tutulub.Onlar bir sıra xidmətlərə dair evdən çıxmadan müraciət edə biləcəklər. “Ədliyyə Evlərinin filialları və İctimai Mərkəzlər sözü gedən formatda koronavirusun prevensiyası məqsədi ilə elan olunmuş fövqəladə vəziyyət və onunla əlaqədar məhdudiyyətlərin qaldırılmasınadək xidmət göstərəcəklər.

Yeni modellə bir tək karantin zonasında yerləşən Ədliyyə Evləri və İctimai Mərkəzlər fəaliyyət göstərməyəcəklər.Bunlara-Bolnisi və Marneulinin Ədliyyə Evləri, həmçinin Koda,Manqlisi,Tetritsğaro,Kazreti,Sadaxlo və Kachağanın ictimai mərkəzləri daxildir”-deyə Nazirlikdən bildirilib.

 

Müəllif: Sevinc Mustafayeva