Vəkil David Qirqvliani - Xada dərəsində Smitlər ailəsinin qətlində ittiham olunanın müdafiəsini davm etdirmirəm
Vəkil David Qirqvliani Xada dərəsində Smitlər ailəsinin qətlində ittiham olunan Malxaz Kobaurini artıq müdafiə etməyəcək. Bu barədə vəkil Birinci Kanala bəyan etdi.
Güman edildiyinə görə, vəkil bu qərarı media vasitəsi ilə yayılan ekspertiza qərarından sonra verdi. Ekspertiza qərarına əsasən müttəhim Malxaz Kobaurinin Lora Smit ilə cinsi əlaqəsi var idi.
“İctimaiyyət qarşısında özümü borclu hesab edirəm ki, qarşıdakı bəyanatı verəm.
Xada dərəsində baş verən faciə işində müttəhim Malxaz Kobaurini müdafiə edirdim.
Bu işə həqiqəti müəyyənləşdirmək üçün qatıldım. Lakin hesab edirəm ki, istintaq mənsiz davam etməlidir.
Bu işi davam etdirən həmkarlarıma uğurlar arzulayıram.
Mən bu işi davam etdirmirəm. Başqa şərh verməyəcəm!”, – David Qirqvliani Birinci Kanala bəyan etdi.