Vasil Mağlaperidze - biz bu vəziyyətə uyğunlaşdıq, distansiya işinə keçdik, lakin kanalımız istənilən durumda işini davam etdirəcək, bunun üçün hazırıq
Biz bu vəziyyətə uyğunlaşdıq, müxtəlif risk qruplarına aid olan insanları işdən müvəqqəti azad etdik, distansiya işinə keçdik, lakin bu kanal istənilən vəziyyətdə işini davam etdirəcək, bunun üçün hazırıq, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze “Şəxsi həkim – Mari Malazoniya” verilişində qonaq olarkən bəyan etdi.
Vasil Mağlaperidzenin bəyan etdiyinə görə, əhali Gürcüstanın Birinci Kanalından həmişə yoxlanılmış və peşəkar məlumat alacaq.
“Biz bu vəziyyətə uyğunlaşdıq. Əməkdaşların bir hissəsi distansiyadan işləyir, bu gün bunun texniki şəraiti mövcuddur. Hamilə və müxtəlif xəstəlikləri olan insanları azad etdik, lakin bu kanal istənilən vəziyyətdə işini davam etdirəcək, bunun üçün hazırıq. Epidemiyanın daha da yayılması təqdirində də, o cür cədvəl götürmüşük ki, əhalimizə söz veririk, həmişə yoxlanılmış və peşəkar məlumat alacaq. Buna söz veririk. Bu televizya vasitəsilə, eləcə də radio vasitəsilə saatda iki dəfə və 1tv.ge vebportalında baş verəcək. Həmçinin xanım Mari Malazoniyanın hər gün axşam saat səkkizdə və səhər saat 11 təkrarı olan verilişi, peşəkar həkimin məsləhətləridir, suallara cavabdır.
Bundan başqa böyük tamaşaçılı və qonaqlı verilişləri bağladıq ki, qonaqlar da, ictimaiyyət də və biz də müdafiə olunmuş olaq, çünki bu kanal dayanmadan işləməlidir. Valideynlərə söz veririk, televizor qarşısında uşaqların buraxılmasından qorxmamalıdırlar, uşaqlar üçün çoxlu cizgi filmləri, filmlər və rəngarəng proqramlar olacaq.
Bizim bütün platformamız hazırdır ki, dünyada baş verən bütün məlumatı işıqlandırsın. Biz beynəlxalq rekomendasiyalarla hərəkət edirik. Avropa İttifaqı Yayımçılar Birləşməsi ilə əlaqəmiz var və bütün məlumat işıqlandırılacaqdır”, – Vasil Mağlaperidze bəyan etdi.